AZ

Oman körfəzində ələ keçirilən İran ticarət gəmisi Çin limanından gəlirmiş

ABŞ tərəfindən Oman körfəzində ələ keçirilən İranın Touska adlı ticarət gəmisi Çinin Qao-lan limanından yola çıxaraq İrana doğru hərəkət edirmiş.

“İki sahil” xəbər verir ki,  bu barədə "The Washington Post" nəşri məlumat yayıb.

Məlumata əsasən, gəmi təxminən 4,8 min 20 futluq konteyner daşımaq imkanına malik olub. Onun İran sahillərindən təxminən 48 kilometr cənubda ABŞ qüvvələri tərəfindən saxlanıldığı bildirilir.

ABŞ prezidenti Donald Tramp əvvəlki axşam verdiyi açıqlamada ölkəsinin Oman körfəzində İran yük gəmisini ələ keçirdiyini təsdiqləyib.

Daha sonra isə Tasnim agentliyi İran tərəfinin bu hadisəyə cavab olaraq ABŞ hərbi gəmilərinə zərbə endirdiyini bildirib.

Seçilən
18
ikisahil.az

1Mənbələr