AZ

Müasir müharibələrin dərsləri: NATO AWACS-dan imtina edir və "sistemlər sistemi"nə keçir

Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı müharibənin və Yaxın Şərqdəki münaqişələrin dərsləri fonunda hava müşahidəsi və müdafiə sahəsində yanaşmalarını yenidən nəzərdən keçirir. Söhbət uzaqmənzilli radiolokasiya aşkarlama təyyarələrinin istifadəsindən kompleks, çoxsəviyyəli şəbəkəyə konseptual keçiddən gedir...

Poliqon Defense Express-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun transformasiya üzrə ali baş komandanı admiral Pyer Vandye bildirib.

Səmərəlilik və daha ucuz həllərə üstünlük

Vandyenin sözlərinə görə, Alyans iqtisadi düşünməyə məcburdur — aşkarlama, xəbərdarlıq və məhv etmə sistemlərinə çəkilən xərclər potensial rəqibin xərclərindən aşağı olmalıdır. Bu isə bütün komponentlərin yenidən qiymətləndirilməsi deməkdir: hava məkanına nəzarətdən tutmuş idarəetmə və hava hücumundan müdafiə sistemlərinədək.

Transformasiyada əsas rol "Allied Federated Surveillance & Control" (AFSC) proqramına məxsusdur. Bu proqram köhnəlmiş "Boeing E-3A AWACS" təyyarələrini əvəz etməyə yönəlib.

Lakin yeni "vahid" platforma yaratmaq əvəzinə, Alyans "sistemlər sistemi" adlanan yanaşmaya keçməyi planlaşdırır. Bu model hava, kosmik və yerüstü komponentlərin vahid müşahidə şəbəkəsində birləşdirilməsini nəzərdə tutur.

Bu şəbəkəyə peyklər, pilotsuz uçuş aparatları, müasir radarlar və digər vasitələr daxil olacaq. Belə elementləri məhv etmək, tək-tək bahalı hədəflərlə müqayisədə daha çətindir.

Müasir müharibələrin dərsləri

Bu yanaşmanın aktuallığı döyüş təcrübəsi ilə də təsdiqlənir. Xüsusilə Yaxın Şərqdəki münaqişələr zamanı bahalı sistemlərin belə həssas olduğu üzə çıxıb: AN/TPY-2 səviyyəli radiolokasiya stansiyaları daha ucuz vasitələrlə, o cümlədən dronlarla məhv edilə bilər. Bu tip RLS-lər THAAD raketdən müdafiə komplekslərinin tərkibində istifadə olunur.

Bu fonda Avropa ölkələri artıq "Boeing E-7A Wedgetail" tipli yeni təyyarələrin alınması planlarını yenidən nəzərdən keçirir. Əlavə amil kimi ABŞ-ın da yanaşmanı dəyişməsi göstərilir — diqqət peyk əsaslı monitorinq sistemlərinə yönəlir.

Poliqon.info

Seçilən
52
45
poliqon.info

10Mənbələr