AZ

Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istədi

Rəsmi Kiyev Türkiyədən Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkili imkanlarını nəzərdən keçirməsini istəyib.

 

Ukraynanın XİN başçısı Andrey Sibiqa bu barədə "Ukrinform" agentliyinə müsahibəsində danışıb.

 

"Biz Türkiyədən Zelenski ilə Putin arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və ABŞ Prezidenti Donald Trampın mümkün iştirakı ilə görüşün təşkili imkanını nəzərdən keçirməsini xahiş etmişik. Biz bu görüşə hazırıq", - Sibiqa deyib.

 

O, Türkiyə diplomatlarının işini yüksək qiymətləndirərək, onu çox səmərəli adlandırıb. Bununla yanaşı nazir həmçinin qeyd edib ki, Türkiyə də Rusiya-Ukrayna münaqişəsinin həllində maraqlıdır.

Seçilən
3
4
senzor.az

5Mənbələr