AZ

Liqa 1: PSJ "Lion"a məğlub oldu

Fransa Liqa 1-də 30-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 5 oyun baş tutub.

“Nant” – “Brest” və “Monako” – “Oser” matçlarında qalib müəyyənləşməyib. “Mets” evdə “Paris”ə, “Strasburq” “Renn”ə, lider PSJ isə Lion “Olimpik”inə uduzub.

Hazırda 63 xala malik PSJ vahid liderdir. “Lans” 62, “Lill” və Lion “Olimpik”i 54, “Renn” 53, Marsel “Olimpik”i 52, “Monako” 50 xal toplayıb.

Fransa Liqa 1
30-cu tur

17 aprel

Lans – Tuluza 3:2
Qollar: S.Abdulhamid, 61. Tomasson, 67. Qaniu, 90+1 – Kasseres, 6. Kumbassa, 13.

18 aprel

Loryan – Olimpik (Marsel) 2:0
Qollar: Katseris, 28. Dienq, 58.

Anje – Havr 1:1
Qollar: Peter, 28 – Bufal, 13.

Lill – Nitsa 0:0

19 aprel

Monako – Oser 2:2
Qollar: Fati, 56. Baloqun, 59 – Danois, 11. Sinayoko, 33.

Mets – Paris 1:3
Qollar: Kvilitaya, 31 – Qori, 21. Otavio, 69. Kebbal, 89.

Nant – Brest 1:1
Qollar: M.Məhəmməd, 9 – Şardonne, 90+5.

Strasburq – Renn 0:3
Qollar: Lepaul, 20. Embolo, 50. Tamari, 52.

PSJ – Olimpik (Lion) 1:2
Qollar: Kvaratsxeliya, 90+4 – Endrik, 6. A.Moreyra, 18.

Seçilən
3
1
fanat.az

2Mənbələr