AZ

Paytaxtklubuna qayıda bilər, ancaq bu dəfə fərqli vəzifədə

Almaniya millisinin və “Real”ın sabiq futbolçusu Toni Kroos yenidən Madrid klubuna qayıda bilər, ancaq bu dəfə fərqli vəzifədə.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” karyerasını 2024-cü ildə başa vuran Kroosu yenidən heyətə qatmaqda maraqlıdır.

Almaniyalı sabiq futbolçunun komanda ilə rəhbərlik arasında əlaqələndirici rolunu yerinə yetirməsi planlaşdırılır.

O, klubda texniki koordinator vəzifəsini icra edə bilər. Bu vəzifə Avropada geniş yayılmış olsa da, bəzi ölkələrdə o qədər də aktiv istifadə olunmur.

Kroos 2014-2024-cü illərdə “Real”ın formasını geyinib. O, bu müddətdə 465 oyuna çıxıb, 28 qol vurub və 99 məhsuldar ötürmə verib.

Seçilən
38
sportinfo.az

1Mənbələr