AZ

“Qalatasaray” Brunu Fernandeşə elçi düşüb

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin “Qalatasaray” futbol klubu heyətini dünya ulduzu ilə gücləndirmək üçün hərəkətə keçib. İstanbul təmsilçisi “Mançester Yunayted”in kapitanı Brunu Fernandeşi transfer etmək variantını nəzərdən keçirir.

İdman.Biz “Takvim” nəşrinə istinadla xəbər verir ki, Türkiyə klubu gələn mövsüm Çempionlar Liqasında uğurlu çıxış etmək üçün portuqaliyalı yarımmüdafiəçini əsas hədəf seçib.

“Sarı-qırmızılar”ın daha əvvəl də ulduz futbolçunu rənglərinə bağlamağa çalışdığı, rəhbərliyin yay transfer pəncərəsində Fernandeşlə yenidən əlaqə qurmağı planlaşdırdığı bildirilir.

Cari mövsümdə bütün turnirlərdə 32 matça çıxan 31 yaşlı yarımmüdafiəçi səkkiz qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Brunu Fernandeşin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr