AZ

İran dövlət televiziyası ELAN ETDİ: Cəhənnəm saatları başlayır

İran Dövlət Televiziyasında yayımlanan məlumatda rəsmi Tehranın Bab əl-Məndəb boğazını da artıq “atəş dairəsinə” daxil etdiyi bildirilib.

Musavat.com xəbər verir ki, çıxış zamanı regionda gərginliyin yeni mərhələyə keçdiyi vurğulanıb.

Televiziya efirində səsləndirilən mesajda “düşmən üçün cəhənnəm saatları başlayacaq” ifadəsi işlədilib və qarşı tərəfə açıq xəbərdarlıq edilib.

Bir çox KİV-lər qeyd edir ki, Bab əl-Məndəb boğazı kimi strateji əhəmiyyətə malik su yolunun hədəfə alınması beynəlxalq ticarət və enerji daşımalarına ciddi təsir göstərə bilər. Bu marşrut Qırmızı dənizlə Ədən körfəzini birləşdirir və dünya yük daşımalarının mühüm hissəsi məhz buradan keçir.

 


Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr