AZ

ABŞ-da bir nəfər 8 uşağı güllələyərək öldürüb

ABŞ-ın Luiziana ştatında silahlı şəxs bazar günü səhər saatlarında iki fərqli evdə baş verən atışmada səkkiz uşağı öldürüb.

Bu barədə Şrivport şəhərin polisi idarəsinin sözçüsü Kris Bordelo məlumat verib.

Bu, son iki ildən çox müddətdə ölkədə baş verən ən ölümcül kütləvi atışmadır.

Məlumata görə hadisənin qurbanları 1-14 yaş arası uşaqlar olub. Bordelo hadisə zamanı 10 nəfərin güllələndiyini və uşaqlardan bəzilərinin şübhəli ilə qohum olduğunu deyib.

Silahlı şəxs daha sonra polislərlə yaşanan qarşıdurma zamanı ölüb.

Seçilən
1
5
turkustan.az

6Mənbələr