AZ

Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır

"SberZdorovye" tibb şirkətinin kardioloqu Yekaterina Paukova ürək və damar sisteminin sağlamlığını qorumaq üçün gündəlik qida rasionuna daxil edilməsi tövsiyə olunan məhsullardan bəhs edib.

Ölkə.az xəbər verir ki, o, bu barədə "Lenta.ru" nəşrinə verdiyi müsahibəsində danışıb.

Həkim bildirib ki, ürək və damar sağlamlığı üçün lifli qidalar (kletçatka) olduqca faydalıdır, çünki onlar qanda xolesterin səviyyəsini aşağı salmağa kömək edir. Liflərlə ən çox paxlalı bitkilər (noxud, mərci, maş lobyası, soya), meyvələr (armud, kivi, alma), həmçinin Brüssel kələmi, gül kələmi, çuğundur, badımcan, balqabaq və ispanaq kimi tərəvəzlər zəngindir. Həmçinin rasionda cəfəri, rukkola və keşniş kimi göyərtilərə daha çox yer vermək məsləhət görülür.

Mütəxəssis əlavə edib ki, ürəyin normal işləməsi üçün menyuya kalium və maqneziumla zəngin məhsulların daxil edilməsi vacibdir. Kalium mənbələrinə yarpaqlı göyərtilər, quru meyvələr (kişmiş və qaysı), kartof, avokado, banan və bitki mənşəli südlər (soya və badam) aiddir. Maqnezium isə yerfıstığı, keşyu, balqabaq tumu, süd, qəhvəyi düyü, qarabaşaq və kinoanın tərkibində mövcuddur.

Həkimin digər bir tövsiyəsi isə ürək-damar sistemini gücləndirən və damarlarda xolesterin yığınlarının yaranmasının qarşısını alan polifenol və antioksidant mənbələrini qidalanmaya əlavə etməkdir. Bu maddələr qara qarağat, qaragilə, böyürtkən, gilas, tərkibində ən azı 70 faiz kakao olan tünd şokolad, soyuq sıxım zeytun yağı və qırmızı soğanda tapılır.

Bundan əvvəl Paukova kişilərdə ürək dayanması riskinin yüksək olmasının səbəblərini izah edib. Onun sözlərinə görə, bunun əsas səbəbi hormonal fonun xüsusiyyətlərindən qaynaqlanan genetik meyillilikdir.(publika)

Seçilən
1
2
olke.az

3Mənbələr