AZ

Cüdo üzrə U 14 Liqasında növbəti qaliblər bəlli oldu FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda 14 yaşadək cüdoçular arasında təşkil olunan Liqa yarışının ikinci turuna yekun vurulub. Turnir yeniyetmə idmançıların gələcək reytinq cədvəlinin formalaşması baxımından böyük əhəmiyyət kəsb edir.

İdman.Biz Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnirdə ölkənin 89 klub və idman cəmiyyətindən ümumilikdə 529 idmançı qüvvəsini sınayıb. Onlardan 437-si oğlan, 92-si isə qız idmançılardır.

Yarışın son günündə daha doqquz çəki dərəcəsində medalçıların adlarına aydınlıq gəlib.

Qeyd edək ki, cari il ərzində U-14 Liqa yarışının cəmi üç turunun keçirilməsi planlaşdırılır ki, bu da idmançıların təcrübə toplaması və reytinq xallarını artırması üçün əsas platformadır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr