AZ

Avstriyada uşaq qidasında zəhər aşkarlanıb – məhsullar geri çağırıldı

Avstriyada uşaq qidası məhsullarından birində zəhərli maddə tapılması ciddi narahatlıq yaradıb.

Far.Az-in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, polis HiPP şirkətinə məxsus məhsul bankalarından birində zəhər izləri aşkar edib.

Araşdırmaya bir alıcının şikayəti səbəb olub. Təhlükəsizlik riski nəzərə alınaraq məhsul ölkə üzrə 1 500-dən çox mağazadan geri yığışdırılıb.

Məlumata əsasən, oxşar məhsullarda zəhərli maddə izləri Çexiya və Slovakiyada da qeydə alınıb.

Şirkət isə hadisənin təchizat zəncirinə kənar müdaxilə nəticəsində baş verdiyini açıqlayıb.

Seçilən
1
1
far.az

2Mənbələr