AZ

"Mançester Siti" "Arsenal"ı məğlub edib

İngiltərə Premyer Liqasında XXXIII tur davam edir.

 

İkinci dövrənin mərkəzi oyunu bu gün keçirilib.

 

"Mançester Siti" "Arsenal"ı qəbul edib. Matçda hesab erkən açılıb. Rayan Çerki fərqlənib. Lakin çox keçmədən Kai Havertz hesabı bərabərləşdirib.

 

İkinci hissə "şəhərlilər"in üstünlüyü ilə keçib. Erlinq Haalandın vurduğu qol komandasına qələbə qazandırıb - 2:1.

 

Qeyd edək ki, "Arsenal" 70 xalla turnir cədvəlinə liderlik edir. Ehtiyatda bir oyunu olan "Siti" 67 xalla ikincidir.

 

Apasport

Tarix: 19 Aprel 2026, 22:43   
Seçilən
1
6
pravda.az

7Mənbələr