AZ

ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında dəniz minalarının aşkarlanması məqsədilə pilotsuz sistemlərdən istifadəyə başlayıb.Bu barədə xarici media xəbər verir.

Bu addım bölgədə təhlükəsiz dəniz naviqasiyasını bərpa etməyə yönəlib.

Əməliyyatlar çərçivəsində həm yerüstü, həm də sualtı dronlardan istifadə olunur. Bu sistemlər dəniz dibində yerləşən obyektləri müəyyən etməyə imkan verir.

Mina axtarışı əməliyyatları pilotsuz vasitələrlə yanaşı, pilotlu nəqliyyat vasitələrinin iştirakı ilə də həyata keçirilir.

Seçilən
3
anews.az

1Mənbələr