“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 28-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:
"Uzun müddətdən sonra 3 xal qazandıq. Bu münasibətlə azarkeşlərimizi təbrik edirəm. Qələbənin komandaya motivasiya ola biləcəyini düşünürəm. Buna baxmayaraq, oyunumuzdan razı qalmadım"