Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 30-cu turunda “Bavariya” öz meydanında “Ştutqart”ı qəbul edib.
90deqiqe.Az xəbər verir ki, “Arena Münhen” stadionunda keçirilən matçda meydan sahibləri 4:2 hesabı ilə qələbə qazanıb.
Oyunda hesabı 21-ci dəqiqədə Kris Fürix açaraq qonaqları önə keçirib. 31-ci dəqiqədə Rafael Qerreru bərabərlik qolunu vurub.
Daha sonra “Bavariya” ardıcıl qollarla üstünlüyü ələ alıb. 33-cü dəqiqədə Nikolya Cekson, 37-ci dəqiqədə Alfonso Deyvis, 52-ci dəqiqədə isə Harri Keyn fərqlənib.
88-ci dəqiqədə Cema Andres “Ştutqart”ın ikinci qolunu vurub.
Bu qələbədən sonra “Bavariya” 79 xalla Bundesliqada çempionluğunu rəsmiləşdirib. Münhen təmsilçisi tarixində 35-ci dəfə Almaniya çempionu olub.
“Ştutqart” isə 56 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.