ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi, “Qarabağ”ın müdafiəçiləri Abbas Hüseynovla Elvin Cəfərquliyev əsas komandadan uzaqlaşdırılıb. Qəbul edək ki, əsas itki Abbas deyil, Elvindi. Bəs Elvin komandadan niyə uzaqlaşdırılıb? Ağlımıza üç versiya gəlir.Birinci versiya: Elvin əyləncəyə hədsiz meyillidi. Hətta o dərəcədə ki, “Ayntraxt”la uğurlu oyundan sonra milyonlarla azərbaycanlının gözü önündə əlinə mikrofon alıb, dönərsatanlardan birinin sosial şəbəkə fenomeninə çevrilən “başua...” ifadəsini qışqıra bilir. Bunu təkcə orda etsəydi, dərdyarı. Adam az qala qatıldığı hər məclidsə bunu təkrarlamağı özünə borc bilir. Gecə klublarına, başqa belə məkanlara daimi səfərlər istər-istəməz onun intizamını, deməli, həm də oyun səviyyəsini aşağı salır. Bəli, “şəxsi həyat” anlayışı var – bunu hər birimiz bilirik. Amma tələbkar, yerli və legioner futbolçuların şəxsi həyatı ilə daim maraqlanan Qurban Qurbanov üçün bu mənada müəyyən sərhədlər və qırmızı cizgilər var. İkisi eyni gündə cəzalanıbsa, söhbət intizam qaydalarının daha kobud pozuntusundan gedir.İkinci versiya: Elvin növbəti uğusuz oyunun müzakirəsi zamanı Qurban bəyin hansısa iradına kobud şəkildə cavab verib. Təbii ki, ölkənin ən yaxşı məşqçisinə belə cavab, ümumiyyətlə, belə davranış tərzi ağlasığmaz və qəbuolunmazdı. Qurbanov Elvini cəzalandırmayacağı təqdirdə elə sərəncamı altında olan futbolçuların yanında hörməti göydən yerə enərdi. Maksimalist, sərt Qurbanov belə münasibəti qəbul edə bilməz və etməyib də. Bu gün Cəfərquliyevə futbolçu kimi nə qədər böyük ehtiyac duysa da!Üçüncü versya: məşqləri ciddiyə almaması, özünə münasibətdə tələbkarlığı aşağı salması. Təcrübəli mütəxəssis mətbuat konfransında bu haqda danışdı. Görünür, ÇL-in Liqa mərhələsində vurduğu iki qol, verdiyi bir məhsuldar ötürmə, rəmzi heyətə düşmək Elvini eyforiyaya saldı. Ona elə gəldi ki, əvəzolunmazdı, “Qarabağ”ın dirəyidi, möhtəşəmdi, başqalarından üstündü.Dördüncü versiya: “Neftçi” ilə transfer danışıqları aparması. Bu da pis variantdı. Mövsümün belə həssas çağında, komandanın ölkədaxili hər iki turnirdə qələbə şansını qoruduğu məqamda ağdamlıların əsas rəqiblərindən biri ilə şübhəli təmaslara keçmək... Yox, bunun adını deməyəcəm. Özünü də nə demək istədiyimi anladız.Kəsəsi, “Qarabağ”ın son vaxtlardakı uğursuz çıxışının qurbanı Elvin Cəfərquliyev oldu. Amma bəlkə məsələni belə qoymaq daha yaxşıdı: Elvinin intizamsızlığının, komandadaxili ab-havanı korlamasının qurbanı “Qarabağ” oldu!MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.