AZ

Mopedi oğurlayaraq elan saytında SATDIVİDEO

Mopedi oğurlayaraq elan saytında satıb.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Polis daxil olan şikayət əsasında həmin şəxsi saxlayaraq istintaqa cəlb edib. İkitəkərli nəqliyyat vasitələrinin oğurlanması halları tez-tez olmasa da, ara-sıra baş verir. Müşahidələr göstərir ki, bu cür nəqliyyat vasitələrinin yüngül və kilidləmə sisteminin sadə olması onların oğurlanmasını sanki əlçatan edir.

Başqa bir məsələ isə sürücülərin moped və ya motoskileti saxlayarkən təhlükəsizlik qayalarına ciddi əməl etməməsidir. Sürücülər deyirlər ki, xüsusilə kuriyer fəaliyyəti ilə məşğul olanlar sifarişi çatdırarkən mopedi qısa müddətə nəzarətsiz qoymaq məcburiyyətində qalırlar.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev hesab edir ki, sadə qoruyucu vasitələrdən istifadə oğurluq riskini xeyli azalda bilər. Onun sözlərinə görə, əlavə kilidlər, siqnalizasiya sistemləri və təhlükəsiz park yerlərinin seçilməsi bu halların qarşısını almaqda mühüm rol oynayır.

Mütəxəssislər qeyd edir ki, belə minik vasitələrinin bəzilərində dövlət qeydiyyat nişanının olmaması onun sonradan tapılmasını çətinləşdirir. Bu səbəbdən sürücülərə təhlükəsizlik qaydalarına ciddi yanaşmaları tövsiyyə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
17
1
xezerxeber.az

2Mənbələr