“Frayburq” Almaniya Bundesliqasının 30-cu turunda öz meydanında “Haydenhaym” ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, Frayburq azarkeşləri 2:1 hesablı qələbə ilə sevindirib.
Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Yohan Manzambi fərqlənib, qolun ötürməsini isə Vinçenzo Qrifo edib.
59-cu dəqiqədə qonaqlar bərabərlik qolunu vurublar. Budu Zivzivadze rəqib qapısına yol tapıb.
Oyunda qələbə qolunu 83-cü dəqiqədə Maksimilian Eqgşteyn vurub. Həmin epizodda assisti yenə Vinçenzo Qrifo edib.
Bu nəticədən sonra “Frayburq” 43 xalla turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Haydenhaym” isə 19 xalla sonuncu — 18-ci yerdə qərarlaşıb.