AZ

Livanın Baş naziri Parisə getdi Makronla görüşəcək

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi Livanın Baş naziri Navaf Salamı Parisdə qəbul edəcək.

Redaktor.az xəbər verir ki, görüş İsrail ilə “Hizbullah” arasında 10 günlük atəşkəsin davam etdiyi dövrə təsadüf edir.

Fransa prezidentinin ofisindən bildirilib ki, səfər atəşkəsə tam riayət olunmasına dəstək, eləcə də Fransanın Livanın ərazi bütövlüyünə sadiqliyinin nümayişi kimi qiymətləndirilir.

Görüşlə bağlı məlumat Fransa tərəfinin Livanda fransız sülhməramlısının ölümünə görə “Hizbullah”ı ittiham etməsindən bir gün sonra açıqlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
redaktor.az

4Mənbələr