AZ

Lukaşenkodan Trampa xəbərdarlıq – yanılırsız, xidmətçi-imperator görüşü heç vaxt olmayacaq…



Belarus Prezidenti Aleksandr Lukaşenko AB-la əhəmiyyətli bir razılaşmaya hazır olduğunu bildirib. Lakin o vurğulayıb ki, Prezident Trampla mümkün görüş “vassal və imperator arasında görüşə” bənzəməməlidir.

Lukaşenko deyib ki, Vaşinqtondan “boyun əyib nəsə istəmək” niyyətində deyil.

Trampla görüşün onun üçün məqsəd olmadığını bildirən Lukaşenko, Ukrayna prezidenti Zelenskini də hədəf alıb: “ABŞ-a səfər edib Donald Trampın əlini sıxmaq kimi bir istəyimin olduğu doğru deyil. Mən Volodimir Zelenski deyiləm ki, Donald Trampın yanına qaçıb pul və ya silah istəyəm”.

Lukaşenko ABŞ-la böyük bir razılaşma əldə etməyə açıq olduqlarını, lakin bunun qarşılıqlı maraqlara və hörmətə əsaslanmalı olduğunu bildirib.Belarus Prezidenti Amerika tərəfinin gözləntiləri ilə bağlı maraqlı bir xəbərdarlıq edib. O, Tramp administrasiyasına müraciət edərək deyib: "Əgər amerikalılar sabah qapısında bir xidmətçinin diz çökmüş böyük bir imperatorla qarşılaşacağını düşünürlərsə, çox yanılırlar. Belə bir görüş heç vaxt baş tutmayacaq".

Bu mövqeyin cəsarət nümayişi olmadığını bildirən Lukaşenko əlavə edib ki, bu, sadəcə millətinə hörmət edən hörmətli bir dövlət başçısının münasibətidir. O, Vaşinqtona mesaj da göndərib: "Gəlin bərabər şərtlərlə masaya oturaq".

Vaşinqtonla gələcək razılaşma ilə bağlı Lukaşenko bildirib ki, tərəflər hələ də “əhəmiyyətli razılaşmanı” müzakirə edirlər və bunun üçün “bəzi məsələlərin” həll olunması tələb olunur.

“Hələ həll etməli olduğumuz bir çox məsələ var və bu, razılaşmanın vacib mövzusudur. Bunu aşağı səviyyədə həll etdiyimiz kimi, Donaldla görüşməyə və həmin razılaşmanı imzalamağa hazırıq”, – deyə o bildirib.

Tahir TAĞIYEV

Seçilən
14
baki-xeber.com

1Mənbələr