AZ

İsrailin müdafiə naziri: Əsgərlərimizi qorumaq üçün Livandakı şübhəli binalar məhv edilməlidir

BAKI, 19 aprel. TELEQRAF

İsrailin müdafiə naziri İsrail Katz Livan hökumətini atəşkəs çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb və əks təqdirdə ordunun müvafiq hərbi tədbirlər görəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, ötən həftənin cümə axşamı axşam saatlarından Livanda 10 günlük atəşkəs qüvvəyə minib. Əldə olunmuş razılaşmaya əsasən, Livan "Hizbullah" və digər qeyri-dövlət silahlı qruplaşmaları tərəfindən İsrail hədəflərinə qarşı yönələn hücumların, əməliyyatların və düşmənçilik fəaliyyətlərinin qarşısını almaq üçün “əsaslı addımlar” atmağı öhdəsinə götürüb.

Bununla belə, İsrailin hücumları bərpa etməsi və Qəzzadakı “Sarı xətt”ə bənzər yeni hərbi sərhəd zolağı yaratması bu razılaşmanın icrasını şübhə altına alır.

Müdafiə naziri İ.Katz yaranmış vəziyyəti şərh edərkən sərt fikirlər səsləndirib: “Əsgərlərimizi qorumaq üçün Livanda daxilində partlayıcı qurğuların olduğundan şübhələndiyimiz istənilən bina və ya yol məhv edilməlidir”.

Seçilən
27
teleqraf.com

1Mənbələr