AZ

“QƏBƏLƏ” - Belə dərd olar?

Premyer Liqada qalmaq uğrunda mübarizəni davam etdirən “Qəbələ” bu dəfə Sumqayıtda meydana çıxacaq.

28-ci tur çərçivəsində baş tutacaq görüşdə bölgə təmsilçisinin rəqibi şəhərin eyniadlı komandasıdır.

Qonaqlar bu matça ciddi itkilərlə çıxacaq.

Qış fasiləsində komandaya cəlb olunan Turan Manafovla Sambu Sissoko bu matçı da kənardan izləyəcək. Səbəb hər iki futbolçununun zədəli olmasıdır.

Digər zədəli Xayme Syerranın durumu nisbətən yaxşılaşıb. İspan yarımmüdafiəçi məşqlərə başlayıb.

O, ən yaxşı halda “23-lük”də yer ala bilər. Əsas heyətdə olmayacağı dəqiqdir.

Müdafiə xəttinin əsas simalarından sayılan İsaak Amoah da görüşü tribunadan izləməyə məhkumdur.

Qanalı stoper sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşüb.

Bir sözlə, “Qəbələ” “Sumqayıt”la oyunda dörd oyunçunun xidmətindən yararlana bilməyəcək.

Aprelin 19-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
25
sportinfo.az

1Mənbələr