Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı digər bir neçə avtomobilə dəyib.
Qəza zamanı 1975-ci il təvəllüdlü V.Huseynov, 1968-ci il təvəllüdlü V.Həsənov və 1949-cu il təvəllüdlü N.Qasımov xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.