AZ

Azərbaycan atletləri Batumidə keçirilən Avropa çemoionatında iştirak edirlər

Tbilisi, 19 aprel, AZƏRTAC

Batumi şəhərində ağır atletika üzrə Avropa çempionatı keçirilir.

Təşkilat komitəsindən AZƏRTAC-a bildirilib ki, bir həftə davam edəcək turnirdə Azərbaycanın 3 ağırlıqqaldıran pəhləvanı iştirak edir.

Qeyd edək ki, Gürcüstan son yeddi ildə ikinci dəfə qitə çempionatına ev sahibliyi edir və tədbir yüksək səviyyədə təşkil olunub. Avropa çempionatının rəsmi açılış mərasimi aprelin 20-də saat 20:30-da olacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
19
1
azertag.az

2Mənbələr