AZ

Yarış zamanı qəzanın qurbanı oldu

2026-cı il aprelin 18-də finlandiyalı avtomobil yarışı sürücüsü Yuha Mittinen 66 yaşında Nürburqrinqin Nordşlayfe trasında keçirilən 24 saatlıq yarışın ilk təsnifat mərhələsi zamanı aldığı ağır xəsarətlər nəticəsində vəfat edib.

Publika.az xəbər verir ki, sürücünün ölümü barədə yarışın təşkilatçıları məlumat yayıb.

Startdan 25 dəqiqə sonra Karacciola-Karusel döngəsində yeddi avtomobilin iştirakı ilə qəza baş verib. Yarış qırmızı bayraqla dayandırılıb. 121 nömrəli “BMW 325i” avtomobilini idarə edən Mittinen qəza zamanı xəsarət alıb və tibbi mərkəzdə dünyasını dəyişib.

Həkimlər sürücünü reanimasiya etməyə çalışsalar da, bu cəhdlər nəticəsiz qalıb. Qəzada iştirak edən digər altı pilot müayinədən keçmək üçün xəstəxanalara çatdırılıb, onların həyatı üçün təhlükə yoxdur.

Rəsmi açıqlamada bildirilir: “ADAC Nürburqrinq 24 saat yarışının (18 aprel 2026) ilk təsnifat mərhələsində startın erkən hissəsində yeddi iştirakçının cəlb olunduğu ciddi qəza baş verdi. Bir neçə avtomobilin toqquşmasından sonra yarış rəhbərliyi xilasetmə və evakuasiya işlərini təmin etmək üçün yarışı dərhal dayandırdı.

Seçilən
17
publika.az

1Mənbələr