AZ

Ən yalançı bürclər - SİYAHI

Astroloji yozumlara görə, Xərçəng, Şir, Əkizlər, Əqrəb və Tərəzi ən çox yalan danışmağa meylli bürclər sayılır.

“Yeni Sabah” xəbər verir ki, bəzi bürclər çətin vəziyyətdən çıxmaq, diqqət cəlb etmək və ya özlərini qorumaq üçün həqiqəti dəyişməyə daha meylli olur.

Bu fikirlər hindli astroloq və tarot oxuyucusu Jeevika Şarmaya aiddir.

Siyahıda ilk yerlərdə göstərilən Xərçəng bürcünün daha çox səhvlərini gizlətmək və özünü çətin durumdan çıxarmaq üçün həqiqəti şişirdir.

Şir bürcünün diqqət və tanınmaq istəyi ilə bəzi məqamları olduğundan fərqli təqdim etdiyi vurğulanır. Əkizlər barədə isə qeyd olunur ki, onlar güclü ünsiyyət bacarıqları sayəsində vəziyyəti çox tez dəyişə və sözlə qarşı tərəfi inandıra bilirlər.

Əqrəb bu siyahının ən “məharətli” bürclərindən biri sayılır. Onların hekayə qurmaqda, qarşı tərəfin nə eşitmək istədiyini anlamaqda və buna uyğun danışmaqda daha bacarıqlıdır.

Tərəzi bürcü isə daha çox münasibətləri korlamamaq, gərginlikdən qaçmaq və vəziyyəti yumşaltmaq üçün həqiqəti dəyişən bürc kimi göstərilir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr