AZ

Bu müsəlman ölkəsində 27 milyard dollara şəhər salınır

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misirin "Tələt Mustafa Qrup" (Talaat Moustafa Group) şirkəti Qahirə yaxınlığında dəyəri 27 milyard dollar olan yeni şəhərin tikinti planını təqdim edib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, "Onurğa" (The Spine) adlanan layihə 2 milyon kvadratmetrdən çox ərazini əhatə edəcək.

Layihə çərçivəsində 165 yaşayış, biznes və kommersiya təyinatlı göydələnin inşası nəzərdə tutulur. Şirkət rəhbəri Hişam Tələt Mustafanın sözlərinə görə, tikintinin dəqiq müddəti hələ müəyyən edilməsə də, layihənin 155 mindən çox iş yeri yaradacağı və hər il on milyonlarla ziyarətçini cəlb edəcəyi gözlənilir.

Bu təşəbbüs Misirdə Fars körfəzi ölkələrinin investisiyaları hesabına maliyyələşən irimiqyaslı layihələrin davamıdır. Bundan əvvəl sözügedən şirkət BƏƏ-nin 35 milyard dollar sərmayə qoyduğu "Ras əl-Hekma" kurortunun inkişafında da iştirak edib.

Qeyd edək ki, Misir hökuməti hələ 2015-ci ildə Qahirənin yükünü azaltmaq məqsədilə yeni inzibati paytaxtın tikintisi planlarını açıqlamışdı. Proqnozlara görə, 2050-ci ilə qədər Qahirə əhalisinin sayı 18 milyondan 40 milyona çata bilər. Qahirədən 45 km şərqdə, Süveyş istiqamətində inşa edilən yeni şəhərin ölkənin inzibati və maliyyə mərkəzinə çevrilməsi, orada təxminən 7 milyon insanın məskunlaşması planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
6
axar.az

7Mənbələr