AZ

Fransız aktrisa Nadia Fares vəfat edib

ain.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Fransız aktrisa Nadia Fares vəfat edib

Fransız aktrisa Nadia Fares 17 apreldə 57 yaşında vəfat edib. Üzgüçülük hovuzunda huşunu itirdikdən sonra bir həftə komada qalmışdı. L'Humanite qəzetinin məlumatına görə, qızları ölümün səbəbinin ürək tutması olduğunu bildiriblər.

11 apreldə Nadia Fares Parisdəki üzgüçülük hovuzundan huşsuz vəziyyətdə çıxarılıb. Hüquq-mühafizə orqanları araşdırma başlatsa da, indiyə qədər "heç bir qanun pozuntusu" aşkar edilməyib, L'Humanite xəbər verir. 2007-ci ildə aktrisa anevrizmadan sonra beyin əməliyyatı keçirib. Dörd il ərzində üç ürək əməliyyatı da keçirib.

Nadia Fares 1968-ci ildə Mərakeşdə anadan olub. Nitsa şəhərində böyüyüb və sonra Parisə köçüb. O, film debütünü 1990-cı illərdə fransız rejissorları Aleksandr Arkadi, Klod Leluş, Berni Bonvuazen və başqaları ilə işləyərək edib. O, daha çox Jan Reno və Vinsent Kasselin rol aldığı Matye Kassovitzin "Qırmızı çaylar" filmindəki rolu ilə tanınır. O, "Çağırışda Qatil", "Sevginin 12 Melodiyası", "Kişi və Qadın: İstifadə Metodu" və digər filmlər də daxil olmaqla 20-dən çox film və televiziya serialında rol alıb.

Əziz Mustafa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
oxumeni.az

2Mənbələr