AZ

Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq

Aprelin ikinci yarısı bəzi bürclər üçün maliyyə baxımından olduqca uğurlu görünür.

Bizim.Media xəbər verir ki, ulduzların düzülüşü göstərir ki, bu dövrdə yeni qazanc qapıları açılacaq, gözlənilməz gəlirlər əldə ediləcək və maddi vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Buğa

Buğalar üçün stabil gəlir dövrü başlayır. Uzun müddətdir gözlədikləri əməkhaqqı artımı və ya əlavə qazanc imkanları reallaşa bilər. Xüsusilə biznes və satış sahəsində olan Buğalar üçün yeni müqavilələr gündəmə gələ bilər. Risk etmədən, planlı şəkildə hərəkət etsələr, ciddi qazanc əldə edəcəklər.

Şir

Şirlər üçün parlaq maliyyə dövrüdür. Onların liderlik qabiliyyəti və cəsarəti yeni gəlir mənbələri açacaq. Gözlənilməz təkliflər, əlavə layihələr və hətta yan işlər vasitəsilə gəlirlərini artırmaq şansı yaranır. Bu dövrdə verilən qərarlar gələcək üçün də qazanc gətirə bilər.

Oğlaq

Oğlaqların zəhməti nəhayət ki, bəhrəsini verəcək. Uzun müddətdir üzərində çalışdıqları işlərdən ciddi gəlir əldə edə bilərlər. Xüsusilə investisiya və maliyyə planlaması ilə məşğul olan Oğlaqlar üçün uğurlu dövrdür. Düzgün qərarlar onları böyük qazanca aparacaq. (Metbuat.az)

Bizim.Media

Seçilən
0
3
bizim.media

4Mənbələr