AZ

Liftdə "silahlı zarafat" - Gənc oğlan "o dünyalıq" oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan və böyük rezonans doğuran görüntülər təhlükəli "zarafat" əks olunub.

Milli.Az xəbər verir ki, hadisə liftlərin birində baş verib. Belə ki, iki nəfər əvvəlcədən planlaşdırılmış şəkildə zarafat məqsədilə mübahisə edirmiş kimi davranmağa başlayıb. Daha sonra tərəflərdən biri üzərindəki saxta silaha əl ataraq vəziyyəti daha da gərginləşdirib.

Hadisədən xəbərsiz olan üçüncü şəxs isə baş verənləri real təhlükə kimi qəbul edib. Qorxu dolu anlar yaşayan gənc oğlan silahlı hücumdan yayınmaq üçün panikaya düşərək özünü qorumağa çalışıb. Onun bu "ölüm-qalım" mübarizəsi faciə ilə nəticələnib.

Görüntülər sosial mediada geniş yayılıb və istifadəçilər tərəfindən kəskin tənqid olunub. Bir çoxları bu cür "eksperiment"lərin və zarafat adı altında həyata keçirilən təhlükəli səhnələrin insanların həyatı üçün ciddi risk yaratdığını vurğulayıb.

Mütəxəssislər dəfələrlə xəbərdarlıq edir ki, ictimai yerlərdə bu cür səhnələşdirilmiş qorxu elementləri ilə edilən zarafatlar gözlənilməz nəticələrə və faciələrə səbəb ola bilər. 

Musa
Milli.Az

Seçilən
17
1
milli.az

2Mənbələr