AZ

Köməkçilərindən Trampa ÇAĞIRIŞ: “Danışmağı dayandır!”

ABŞ Prezidenti Donald Trampın ziddiyyətli bəyanatları və sosial mediadakı “improvizasiyaları” Ağ Evdə ciddi narahatlıq yaradıb. Onun ən yaxın müşavirləri prezidentə müsahibələrin sayını azaltmağı və paylaşımlarına nəzarət etməyi tövsiyə edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Trampın rəsmi mövqedən kənara çıxan çıxışları daxili və xarici siyasətdə qarışıqlığa səbəb olur.

Məlumata görə, prezident bir müddət müşavirlərinin bu xəbərdarlığına əməl etsə də, çox keçmədən yenidən öz köhnə vərdişlərinə qayıdıb. Onun xüsusilə sosial şəbəkələrdə öncədən razılaşdırılmamış və gözlənilməz paylaşımlar etməsi komandası üçün idarəolunmaz vəziyyət yaradır. Vaşinqton kuluarlarında Trampın bu “idarəolunmaz” üslubunun növbəti böhranlara yol açacağı müzakirə edilir.

Sara,
NOCOMMENT.az

Seçilən
15
nocomment.az

1Mənbələr