ain.az, Fanat portalına istinadən məlumat yayır.
Almaniya millisinin və "Bayern Münhen"in yarımmüdafiəçisi Serj Qnabri böyük ehtimalla, dünya çempionatında olmayacaq.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisi 30 yaşlı futbolçunun sağ budunun əzələsinin qopduğunu və onun uzun müddətə sıradan çıxdığını açıqlayıb.
Orta xətt oyunçusunun bərpa prosesinin təxminən 3-4 ay çəkəcəyi gözlənilir.
Qnabri cari mövsüm bütün turnirlərdə 37 matça çıxaraq 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya yığması dünya çempionatının E qrupunda Kurasao, Fil Dişi Sahili və Ekvador komandaları ilə mübarizə aparacaq.
Toğrul
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.