AZ

Türkiyədə "ruhlar kəndi" turistlərin ziyarətinə açılacaq - FOTO

Türkiyənin İzmir vilayətinin Ödemiş rayonunda sakinlərin köçməsi nəticəsində boş qalan, yalnız bir neçə ailənin yaşadığı və tərk edilmiş görünməsi səbəbi ilə "ruhlar kəndi" kimi tanınan Lübbey məhəlləsi turistik məkana çevriləcək.

Bu barədə "TRT Haber" nəşrinin dərc etdiyi yazıda bəhs edilir.

Məlumata görə, tarixi уllinizm dövrünə qədər gedib çıxan Lübbey məhəlləsi Ödemiş rayonundan təxminən 10 kilometr məsafədə yerləşir. Lübbeydə 44 mülki memarlıq nümunəsi və dörd monumental tikili var.

Müxtəlif səbəblərdən köç səbəbindən məhəllədə hazırda yalnız üç evdə yaşayış mövcuddur.

Kəndlə ilə bağlı sənədli və bədii filmin çəkildiyi bildirilir.
 
Türkiyədə ruhlar kəndi turistlərin ziyarətinə açılacaq - FOTO
Türkiyədə ruhlar kəndi turistlərin ziyarətinə açılacaq - FOTO
Seçilən
0
2
7news.az

3Mənbələr