Koreya Xalq Demokratik Respublikası (KXDR) aprelin 19-da səhər saatlarında şərq istiqamətində bir neçə ballistik raket buraxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Raketlərin yerli vaxtla səhər saat 6:10-da (Bakı vaxtı ilə 2:10) Sinpho regionundan buraxıldığı bildirilir. Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib.
Qeyd edək ki, Şimali Koreya bundan əvvəl sonuncu dəfə aprelin 8-də bir neçə qısamənzilli ballistit raket, ondan bir gün əvvəl isə naməlum raket buraxıb. Ertəsi günü Rəsmi Pxenyan bir neçə silah sistemini, o cümlədən kaset bombalı döyüş başlığına malik taktiki ballistik raketini sınaqdan keçirdiyini açıqlayıb.