AZ

İsrail üzərindən müttəfiqlərini tənqid etdi: Əsl üzlərini göstərdilər

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp yenidən dolayı yolla Avropanı tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, öz sosial media hesabında yazıb.

Ağ Ev rəhbəri bildirib ki, İranla müharibə zamanı bəzi müttəfiqlər “əsl üzlərini göstəriblər”:

“İnsanlar İsraili sevsinlər və ya sevməsinlər, onlar ABŞ-ın böyük müttəfiqi olduqlarını sübut etdilər. Onlar cəsarətli, qətiyyətli, sadiq və ağıllıdırlar. Böhran və gərginlik anında əsl üzlərini göstərən digərlərindən fərqli olaraq, İsrail sərt döyüşür və qalib gəlməyi bilir”, — deyə o yazıb.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
globalinfo.az

1Mənbələr