ABŞ Prezidenti Donald Tramp İranın Xark adasının hərbi yolla ələ keçirilməsi planından imtina edib.
Turkustan.az xəbər verir ki, bu barədə informasiyanı The Wall Street Journal nəşri mənbələrə istinadən yayıb.
Məlumata görə, hərbi çevrələr adaya çıxarma əməliyyatının uğurla nəticələnəcəyinə inandırmağa çalışsalar da, Tramp bu planı dəstəkləməyib.
Bildirilib ki, Ağ Evin rəhbəri quru əməliyyatının amerikalı hərbçiləri “asan hədəfə” çevirəcəyini və bunun “yolverilməz dərəcədə böyük itkilərə” səbəb ola biləcəyini hesab edib./Bizim.Media