Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, idmançı 1/16 finalda Nikola Pavlovski (Şimali Makedoniya) ilə qarşılaşıb.
Rəqibini üstələyən Kotsoyev növbəti mərhələdə iştirak hüququ əldə edib.
Bu gün Kənan Nəsibov (+100 kq) və Madina Kaisinov (+78 kq) də mübarizəyə qoşulacaqlar.
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.