AZ

Meloni yaxın həftələrdə Azərbaycana səfər edə bilər “Euronews”

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İtaliyanın Baş naziri Corciya Meloni yaxın həftələrdə Azərbaycana səfər edə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Euronews” telekanalı məlumat yayıb.

Səfərin may–iyun aylarında baş tutacağı və iki ölkə arasında davam edən siyasi və iqtisadi əməkdaşlığın tərkib hissəsi olacağı bildirilir.

Azərbaycan ilə İtaliya arasındakı münasibətlərdə enerji sektoru əsas istiqamət kimi qalır. Xüsusilə Trans-Adriatic Pipeline (TAP) vasitəsilə Azərbaycanın təbii qazı Avropaya, o cümlədən İtaliyaya nəql olunur. TAP Cənub Qaz Dəhlizinin mühüm hissəsi hesab edilir və Xəzər regionunu Avropa bazarı ilə birləşdirir.

TAP-ın idarəedici direktoru Luca Schieppati bildirib ki, kommersiya fəaliyyətinin başlanmasından bəri İtaliyaya 47,5 milyard kubmetrdən çox qaz çatdırılıb. “SNAM SpA” şirkətinin məlumatına əsasən, 2025-ci ildə TAP vasitəsilə nəql olunan qaz İtaliyanın ümumi qaz tələbatının təxminən 16%-ni təmin edəcək.

Şirkət rəhbəri əlavə edib ki, indiyədək Avropaya ümumilikdə 57 milyard kubmetrdən çox qaz tədarük olunub. Bu isə enerji mənbələrinin şaxələndirilməsi və Avropanın qaz təchizat sisteminin dayanıqlığının artırılması baxımından mühüm rol oynayır.

Qeyd olunur ki, İtaliya TAP vasitəsilə nəql edilən Azərbaycan qazının əsas təyinat nöqtəsidir və Avropa bazarına giriş üçün əsas qapı rolunu oynayır. 2025-ci ildə bu boru kəməri İtaliyanın ümumi qaz idxalının təxminən 16,5%-ni, mayeləşdirilmiş təbii qaz istisna olmaqla isə boru kəməri ilə idxalın 25%-ni təşkil edib.

Son illərdə TAP vasitəsilə nəql olunan qazın həcmi stabil artım nümayiş etdirib. 2021-ci ildə 6,83 milyard kubmetr olan tədarük 2022-ci ildə 9,69 milyard kubmetrə yüksəlib, 2023-cü ildə 9,37 milyard kubmetr, 2024-cü ildə 9,76 milyard kubmetr, 2025-ci ildə isə 9,46 milyard kubmetr təşkil edib. Cari ildə isə artıq 2,4 milyard kubmetrdən çox qaz nəql olunub.

Bundan əlavə, Yunanıstanda kompressor stansiyasının modernləşdirilməsi TAP-ın ötürmə qabiliyyətini illik 1,2 milyard kubmetr artıraraq sistemin səmərəliliyini gücləndirib.

Ekspertlər hesab edir ki, gözlənilən səfər Azərbaycan ilə İtaliya arasında enerji sahəsində strateji tərəfdaşlığın daha da dərinləşməsinə və Cənub Qaz Dəhlizinin əhəmiyyətinin bir daha təsdiqlənməsinə töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
3
yeniavaz.com

4Mənbələr