AZ

Azərbaycanlı güləşçilər “Çempionlar” turnirinin ilk günündə qızıl medal qazandılar

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində start götürən U-20 “Çempionlar” turnirinə uğurla başlayıb.

Sportal.az xəbər verir ki, təmsilçilərimiz ilk gündə 5 medal qazanıblar. Sərbəst güləşçilərimizdən Hacı Kərimov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Muhamməd İsmayılov (57 kq) bürünc mükafat əldə edib.

Yunan-Roma güləşi üzrə yarışlarda isə Roman Kərimov (67 kq) qızıl medal əldə edib, eyni çəki dərəcəsində Murad Əliyev bürünc, Cavidan Nəhmətov (77 kq) gümüş mükafata sahib çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
22
sportal.az

1Mənbələr