AZ

Lukaşenko Trampla "böyük razılaşma"ya hazır olduğunu bildirib

iBelarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampla görüşməyə və "böyük razılaşma" bağlamağa nə vaxt hazır olduğunu deyib.

Ucnoqta.az BelTA-ya istinadən xəbər verir ki, Belarus lideri müəyyən məsələlər həll edildikdən sonra Ağ Ev rəhbəri ilə görüşməyə hazır olduğunu bildirib.

 "Həll edilməli olan daha çox məsələmiz var. Və bu, böyük bir razılaşmanın mövzusudur. Bunu yerli səviyyədə yekunlaşdıran kimi Donaldla görüşməyə və bu razılaşmanı imzalamağa hazırıq."

Prezident vurğuladı ki, bu razılaşma hər iki tərəfin maraqlarını nəzərə almalıdır. "Mən bu görüşə hazıram. Biz razılaşmaya hazırıq, amma həm ABŞ-ın, həm də Belarusun maraqlarını əhatə edəcək şəkildə hazırlanmalıdır", - deyə o bildirib.

Seçilən
28
ucnoqta.az

1Mənbələr