AZ

İran Hörmüzdən keçid üçün pul ödəyən gəmiləri buraxacaq

İran Hörmüz boğazından keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək.

News365.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi "CNN"ə bildirib.

"İcazə verilən gəmilərin sayının məhdud olduğunu nəzərə alaraq, İran Hörmüz boğazının yeni qaydalarına daha tez uyğunlaşan və təhlükəsizlik xidmətləri üçün pul ödəyən gəmilərə üstünlük vermək qərarına gəlib", - deyə kanal qeyd edib.

Rəsmi şəxsin sözlərinə görə, ödəniş etməyən gəmilərin daşımalarda iştirakı dayandırılacaq.

Qeyd edək ki, cümə günü (17 Aprel- red.) boğazın açıldığını elan etdikdən sonra İran ABŞ-nin blokadasını və atəşkəsin dəfələrlə pozulmasını əsas gətirərək bu gün məhdudiyyətləri yenidən tətbiq edib.

Seçilən
0
5
news365.az

6Mənbələr