ain.az, Moderator.az portalına istinadən məlumat verir.
ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Uolz prezident Donald Trampı İrana qarşı hərbi kampaniyasına görə sərt tənqid edib və onu "ağıldankəm faşist" adlandırıb.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu haqda "Clash Perort" nəşri məlumat yayıb.
Çıxışı zamanı o, İranın ABŞ üçün heç bir təhlükə yaratmadığını və hücumla hədələmədiyini, lakin Trampın müharibəni plansız başlatdığını bildirib.
"Biz buna olduğu kimi ad verməliyik. Bu, faşizmdir. Yaxud heç olmasa onların açıq şəkildə meyl etdiyi faşist meylləri", - Uolz belə deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.