AZ

Boşanmaların 47 faizinin səbəbi bu imiş...

"Boşanmaların demək olar ki, yarısı - təxminən 47 faizi xoruldama səbəbindən baş verir".

Publika.az xəbər verir ki, bu maraqlı nəticə britaniyalı həkim Sonya Şamotskinin apardığı araşdırmadan sonra ortaya çıxıb.

Mütəxəssisin sözlərinə görə, xoruldama tərəflərin bir-birindən emosional uzaqlaşmasına səbəb olur: "Nəticədə ər-arvad ayrı-ayrı otaqlarda yatmağa başlayırlar. Bu yaxınlarda boşanmış 2 000 britaniyalı arasında keçirilən sorğuya əsasən, xoruldama və ya yuxu pozğunluğundan əziyyət çəkənlərin dörddə üçü ayrı otaqlarda yatıb. Onların 85 faizi isə bu vəziyyətin boşanma qərarına birbaşa təsir etdiyini bildirib".

Şamotski vurğulayıb ki, xoruldama münasibətlərin təməlini sarsıdan dağıdıcı qüvvədir: "Bir çox cütlük üçün tərəf müqabilinin ayrı otağa köçməsi dərin emosional özgələşmənin başlanğıcı deməkdir. Fiziki təmasdan məhrum olan cütlüklər zamanla bir-birinə yad insanlara çevrilirlər".

Seçilən
1
3
publika.az

4Mənbələr