AZ

Azərbaycan Özbəkistan əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aprelin 19-da xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı, strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər müzakirə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr nəzərdən keçirilib.

Görüşdə, beynəlxalq və regional təşkilatlar, BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də regional platformalar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş zamanı, həmçinin regional inkişaflar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
4
yeniazerbaycan.com

5Mənbələr