AZ

Dünya kubokunda mübarizə aparacaq azərbaycanlılar - SİYAHI

Aprelin 20-də Braziliyanın Fos-du-İquasu şəhərində qadın və kişi boksçular arasında Dünya kuboku start götürəcək.

Sportinfo.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya kubokunda Sübhan Mamedov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcək.

Qadınlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə yarışda Zeynəb Rəhimova (54 kq) və Emili Rzayevaya (65 kq) güvənəcək.

Dünya kubokunun püşkü aprelin 19-da atılacaq.

Seçilən
28
12
sportinfo.az

10Mənbələr