AZ

Hizbullah İsrailin atəşkəsi pozmasına cavab verəcək

BAKI, 19 aprel. TELEQRAF

Livanın Hizbullah şiə hərəkatının döyüşçüləri döyüş meydanında qalacaq və İsrailin atəşkəs rejimini pozmasına cavab verəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın baş katibi Şeyx Naim Qasım bildirib.

"Düşmənə etibar etmədiyimiz üçün müqavimət döyüşçüləri döyüş meydanında qalacaq, tətiyi tutacaq və təcavüzkarın pozuntularına müvafiq şəkildə cavab verəcəklər", - deyə o bildirib. O, atəşkəsin qarşılıqlı olmalı olduğu deyib: "Biz suverenliyə nail olmaq üçün Livan hakimiyyəti ilə tam əməkdaşlığa açıqıq".

Seçilən
23
teleqraf.com

1Mənbələr