AZ

“Real”ı kimlər tərk edəcəklər?

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Real”da yayda köklü dəyişikliklər gözlənilir."Football-plus.az" xəbər verir ki, prezident Florentino Peres cari mövsümün sonunda komandada struktur dəyişiklikləri etmək niyyətindədi. “Sport” qəzetinin məlumatına görə, klubun rəhbəri artıq komandadan ayrılacaq 8 oyunçunun siyahısını tərtib edib.Siyahıdakı ilk oyunçu Eduardo Kamavinqadı. Müdafiəçilər Fran Qarsiya və Raul Asensio, həmçinin yarımmüdafiəçi Daniel Sebalyosun da klubdan ayrılacağı gözlənilir. Rəhbərlik müdafiəçilər David Alaba və Daniel Karvaxalın müddəti bu yay sona çatacaq müqavilələrini yeniləmək niyyətində deyil. “Kral klubu” həmçinin hücumçular Franko Mastantuono və Qonsalo Qarsiyanı icarəyə verməyi planlaşdırır.Xəbərdə Vinisius Junior və ya Cud Bellingemin satılması variantının istisna edilmədiyi də vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr