AZ

FTB direktoru ətrafında böyük SKANDAL

ABŞ-də Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel (Kashyap Pramod Vinod Patel) ətrafında ciddi ictimai və siyasi skandal alovlanıb.

"Ölkə.az" xəbər verir ki, ölkənin ən qədim nəşrlərindən olan "The Atlantic" jurnalı direktorun mütəmadi olaraq işə gəlmədiyini və alkoqollu içkilərdən sui-istifadə etdiyini iddia edən geniş material dərc edib.

Məqalədə qeyd olunur ki, aprelin 10-da Kaş Patel iş gününün sonunda öz kompüteri ilə daxili sistemə giriş edə bilməyib.

Doqquz şahidin sözlərinə görə, direktor işdən qovulduğunu zənn edərək ofisdə "isterika" keçirib.

Həmkarları bildiriblər ki, Patelin narahatlığı əsassız deyil. O, Baş prokuror Pam Bondinin istefasından sonra vəzifəsindən uzaqlaşdırılacaq rəsmilərin siyahısındadır.

Bəzi FTB əməkdaşları direktorun davranışlarını dövlət təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirirlər.

Bundan əlavə, sosial şəbəkələrdə Patelin ABŞ hokkeyçilərinin qələbəsindən sonra spirtli içki qəbul etməsini əks etdirən görüntülər yayılıb.

Məlum olub ki, həmin səfər üçün idarənin xüsusi təyyarəsindən istifadə edilib və bu, vergi ödəyicilərinə 75 min dollara başa gəlib. Bu fakt amerikalılar arasında kəskin narazılığa səbəb olub. Kaş Patel isə ittihamları rədd edərək nəşri məhkəməyə verəcəyini və bu xəbərlərin "feyk" olduğunu bəyan edib.(Musavat.com)

Seçilən
6
3
olke.az

4Mənbələr