AZ

“Atletiko” Alvaresi satmaq niyyətində deyil

“Atletiko” hücumçusu Xulian Alvareslə bağlı transfer iddialarına münasibət bildirib.

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki,  Madrid təmsilçisi uruqvaylı futbolçu ilə yolları ayırmağı planlaşdırmır və “Barselona” ilə mümkün transfer danışıqlarına getməyəcək.

Daha əvvəl mətbuatda futbolçunun “Arsenal” və “Barselona” klublarının maraq dairəsində olduğu qeyd olunmuşdu.

Alvares cari mövsümdə 46 oyunda 18 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 90 milyon avro qiymətləndirilir, müqaviləsi isə 2030-cu ilə qədər qüvvədədir.

Seçilən
22
90deqiqe.az

1Mənbələr