AZ

Rusiya XİN: Moskva və Vaşinqton hələ də münasibətləri normallaşdırmaqdan uzaqdırlar

BAKI, 18 aprel. TELEQRAF

Moskva və Vaşinqton ikitərəfli dialoqu qismən bərpa ediblər, lakin münasibətlər hələ də normallaşmaqdan uzaqdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Planlaşdırma Departamentinin direktoru Aleksey Drobinin Serbiyanın "Politika" qəzetinə müsahibəsində bildirib .

“Baş verənləri normallaşma adlandırmazdım; bu, hələ çox uzaqdadır. İkitərəfli dialoqun qismən bərpasından danışmaq daha doğru olardı. Bu, Co Bayden administrasiyasının son dövrləri ilə müqayisədə müəyyən irəliləyiş hesab edilə bilər. Həmin dövrdə Vaşinqtonun təşəbbüsü ilə Rusiya-Amerika əlaqələri demək olar ki, tamamilə kəsilmişdi”, - deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafındakı böhranın danışıqlar yolu ilə həllinə sadiq olduğunu nümayiş etdirir: "Digər tərəfdən, amerikalıların əməli hərəkətləri onların ədalətli dünya nizamının formalaşması istiqamətində işləməyə hazır olduqlarına dair ciddi şübhələr yaradır. Mən Rusiyaya qarşı davam edən sanksiya kampaniyasından, Kiyev rejiminə hərbi və kəşfiyyat dəstəyindən, Venesuela və İrana qarşı aqressiv hərəkətlərindən və daha çox şeydən danışıram. Bütün bunlar da nəzərə alınmalıdır".

Seçilən
21
3
teleqraf.com

4Mənbələr